×
A
A
A
Sazlamalar

"Haydenhaym" tarixində ilk dəfə Almaniya Bundesliqasına vəsiqə qazanıb

Bakı, 29 may, AZƏRTAC

Futbol üzrə Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komanda bəlli olub.
AZƏRTAC xəbər verir ki, İkinci Bundesliqanın son turunda "Hamburq"la üz-üzə gələn "Haydenhaym" tarixində ilk dəfə əsas çempionata vəsiqə qazanıb.
Komanda oyunun son dəqiqələrinə qədər məğlub olsa da, sonradan hesabı bərabərləşdirib. Matçın 90+9 -cu dəqiqəsində isə qələbə qolunu vuran "Haydenhaym" Bundesliqa vəsiqəsini təmin edib.

 

İdman 2023-05-29 03:05:00