Prezident: Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur
Bakı, 28 may, AZƏRTAC
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.
“Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.
Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.
Əziz Qardaşım, fürsətdən istifadə edərək, Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm”- məktubda qeyd olunub.
Alman mediası regiondakı hadisələrə qərəzli yanaşmaqda davam edir
Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb
Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana maneəsiz şəkildə gedirlər