Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarını təbrik edib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğluna zəng vurub.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.
Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.
Xarici işlər naziri Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb
TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir