Əbu-Dabi və Dubayın göydələnləri Azərbaycan bayrağına bürünüb VİDEO
Bakı, 28 may, AZƏRTAC
Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsi və Əbu-Dabi Milli Neft Korporasiyasının (ADNOC) göydələn inzibati binası 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.
Ölkəmizin Dubaydakı baş konsulluğundan AZƏRTAC-a bildiriiblər ki, bayrağımızın bu məşhur qüllənin və ADNOC-un inzibati binasının üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.
Qeyd edək ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Dubay şəhərində Müstəqillik Günü münasibətilə rəsmi qəbul və silsilə tədbirlər təşkil olunub.
İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var
Politoloq: Naxçıvanda imzalanan sənədlər olduqca mühüm tarixi əhəmiyyətə malikdir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı