Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb
Bakı, 28 may, AZƏRTAC
Mayın 29-da başlayacaq və iyunun 4-dək davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.
AZƏRTAC xəbər verir ki, nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.
Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Mario Balotellinin yeni komandası bəlli olub
Azərbaycan Güləş Federasiyasının rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər
Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında yeni mövsümün püşkü atılıb