FHN: Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb
Bakı, 28 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək
Edinburq sakinləri Ermənistanın mina terror barədə məlumatlandırılıb
Tovuzda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il payız sessiyası üçün iş planı təsdiqlənib