×
A
A
A
Sazlamalar

FHN: Suraxanı rayonunda fərdi evdə yanğın baş verib

Bakı, 28 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus hər mərtəbəsi 110 kvadratmetr olan altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğının genişlənərək qonşu tikililərə keçmə riskinin yüksək olduğu müəyyənləşdirilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə qonşu tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsinin üç otağı və dam örtüyü 110 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi və qonşu tikililər alovdan mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə 2023-05-28 15:16:00