×
A
A
A
Sazlamalar

İki ay ərzində su hövzələrindən 608 sintetik tor götürülüb

Bakı, 28 may, AZƏRTAC

Martın 27-dən mayın 27-dək "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində su hövzələrindən 26 min 717 metr uzunluğunda 608 ədəd sintetik tor yığışdırılıb.
AZƏRTAC xəbər verir ki, sintetik torlar Kür, Araz çayları, Ağstafaçay, Şəmkir, Mingəçevir, Yenikənd su anbarları, Baş Şirvan, Baş Mil-Muğan kollektorları, "Xanqızı" su kanalı, Mahmudçala Ovçuluq Təsərrüfatı, "Kiçik körfəz" ərazisi, Sarısu gölü, Qumyataq gölündən götürülüb.
Həmin müddət ərzində vətəndaşlardan 72 müraciət daxil olub ki, onlardan 34-ü feysbuk, 2-si teleqram, 10-u instaqram, 26-sı qaynar xətt üzərindən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara dəstəyə görə minnətdarlığını bildirir.

 

Ekologiya 2023-05-28 14:00:00