Cəlilabadda polis işçiləri arasında mini-futbol turniri keçirilir
Cəlilabad, 28 may, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" çərçivəsində polis işçiləri arasında keçirilən mini-futbol turnirinin açılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev tədbirin əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edib.
Sonra yarışlara start verilib. Turnir təşkilatçılar tərəfindən hazırlanmış və təsdiq olunmuş əsasnaməyə uyğun olaraq 8 komanda arasında keçirilir.
“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq
Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq