Ulu Öndər prezident seçiləndən sonra bu günə qədər Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib - Prezident VİDEO
Bakı, 28 may, AZƏRTAC
Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.
Məhz Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra Azərbaycanın ayağa qalxa, inkişaf yoluna qədəm qoya bildiyini, vətəndaş müharibəsinə son qoyulduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib