×
A
A
A
Sazlamalar

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində çalışır

Bakı, 28 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC mayın 28-29-da növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
MMC-dən AZƏRTAC-a bildirilib ki, mayın 28-də respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:
• 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00;
• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00;
• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00;
• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00;
• Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00;
Mayın 29-da isə istehsalat zərurətilə əlaqədar olaraq qeyd edilən şöbələrlə yanaşı, aşağıdakı poçt şöbələri də adi iş rejimində fəaliyyət göstərəcək:
• 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 3 saylı poçt filialının 34, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri, saat 10:00-17:00.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

İKT 2023-05-28 10:44:00