Kiyevə müharibə dövründə ən kütləvi dron hücumu olub, ölən və xəsarət alanlar var
Kiyev, 28 may, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev mayın 28-nə keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko tərəfindən verilən məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 14-cü hava hücumudur. Mayın 28-nə keçən gecə Rusiya aviasiyasının hücumu zamanı Kiyev səmasında 40-dan çox pilotsuz təyyarə vurulub. Bu, Ukrayna paytaxtında ən kütləvi kamikadze dronu hücumu idi, raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində şəhərdə insan tələfatı və dağıntılar qeydə alınıb.
"Bu gün düşmən öz ölümcül PUA-larının köməyi ilə paytaxt sakinlərini Kiyev günü münasibətilə "təbrik etmək" qərarına gəlib. Bu, tammiqyaslı işğalın başlanmasından bəri paytaxta ən kütləvi dron hücumu idi. Hücum bir neçə dalğada həyata keçirilib və hava reydləri 5 saatdan çox davam edib”, - deyə Sergey Popko əlavə edib.
İlkin məlumata görə, hava hücumu nəticəsində Qoloseyev rayonunda 7 mərtəbəli qeyri-yaşayış binasında dağıntı qeydə alınıb, bir nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Ticarət mərkəzlərinin birinin damında alışma olub. Həmçinin 1000 kvadratmetr sahəni əhatə edən hazır məhsul anbarları yanıb, bir nəfər xəsarət alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib
Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?
Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib
Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər