×
A
A
A
Sazlamalar

Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər

Bakı, 28 may, AZƏRTAC

Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün aparılan danışıqlarda ABŞ-ın dövlət borcunun tavanının artırılması və büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Punchbowl News” portalı yazıb.
Portalın məlumatına görə, razılıq şənbə günü keçirilən məsləhətləşmələrdə əldə olunub. Bu, ABŞ-da defoltdan qaçmağa kömək edəcək.
Mayın 25-də ABŞ Prezidenti Cozef Bayden bildirib ki, ABŞ administrasiyası və Konqres ölkədə defoltun qəbuledilməz olması ilə razılaşır.
Daha əvvəl Nümayəndələr Palatasının spikeri Kevin Makkarti demişdi ki, ABŞ defoltun qarşısını almaq üçün hərbi xərcləri azaltmayacaq. Bu məsələ Cozef Baydenlə görüşdə müzakirə olunub.

Dünya 2023-05-28 06:03:00