×
A
A
A
Sazlamalar

DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub

Bakı, 28 may, AZƏRTAC

Dörd ayda Azərbaycandan 42 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 44,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 37,9 milyon dollarlıq 25,4 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

İqtisadiyyat 2023-05-28 04:13:00