×
A
A
A
Sazlamalar

İxrac olunan polietilenin həcmi açıqlanıb

Bakı, 28 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycandan 53,5 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 54,7 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 53,6 milyon dollarlıq 38,3 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

İqtisadiyyat 2023-05-28 02:38:00