Vətəndaşlar fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırılıb
Bakı, 28 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı Slavyan Universitetində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində və Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayonu İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində və İlham Kərimov adına Çobankol kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Təbiət və Humanitar fənlər təmayüllü liseydə, Şimal Regional Mərkəzi tərəfindən Quba Tibb Kollecində və Cənub Regional Mərkəzi tərəfindən Lerik rayon Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Polis zabiti avtomobil qəzasında həlak olub
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...