Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs malları gömrük ödənişləri etmədən keçirməyə cəhd göstərib
Bakı, 28 may, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasında Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs kommersiya məqsədləri üçün nəzərdə tutulan malları sadələşdirilmiş qaydada gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirməyə cəhd göstəriblər.
Dövlət Gömrük Komitəsi Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxslərə gömrük qanunvericiliyinin tələblərini izah edib, gömrük rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Gömrük əməkdaşları həmin şəxslərə məxsus irihəcmli baqajlara gömrük baxışının həyata keçirilməsi məhdudluğunu nəzərə alaraq və digər aviareyslərlə gələn baqajsız sərnişinlərə maneçilik yaratmamaq məqsədilə onlara qonşu inzibati binada gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün istiqamət veriblər. Lakin həmin şəxslər gömrük əməkdaşlarının haqlı tələbinə məhəl qoymayaraq müxtəlif vasitələrlə gömrük orqanları haqqında mənfi ictimai rəy yaratmağa və bu yolla gömrük əməkdaşlarına təzyiq etməyə cəhd göstəriblər.
Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb
Göyçayda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirilib
İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edir