×
A
A
A
Sazlamalar

“Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlanıb

Bakı, 27 may, AZƏRTAC
Suraxanı Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli AZƏRTAC-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.
Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kiloqram 26 qram heroin aşkarlanıb.
Şübhəli şəxslər saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Cəmiyyət 2023-05-27 22:02:00