Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib
Belqrad, 27 may, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç bu qərarını partiyanın Kraquyevaç şəhərində keçirilən növbədənkənar qurultayında açıqlayıb. Serb Tərəqqi Partiyasının üzvlüyündən heç vaxt çıxmayacağını bildirən A.Vuçiç bu illər ərzində Serbiyanın ən yaxşı partiyasına rəhbərlik etdiyi üçün fəxr duyduğunu deyib.
Partiyanın yeni rəhbəri Baş nazirin müavini, müdafiə naziri Miloş Vuçeviç olub.
Qeyd edək ki, A.Vuçiçin iyunun 28-də Serbiyada müxtəlif siyasi baxışlardan olan insanları bir araya gətirəcək “Dövlət uğrunda xalq hərəkatı” adlı siyasi partiyanı quracağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib
İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib
İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir
London aeroportunda dispetçer çatışmadığından 64 aviareys ləğv olunub
Le Pen: Fransa Nigerdən qoşun və diplomatlarını alçaldıcı şərtlərlə çıxarır