×
A
A
A
Sazlamalar

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində teplovoz aşıb

Bakı, 27 may, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq, əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Nəqliyyat 2023-05-27 19:09:00