Lənkəranda “Qan ver, həyat xilas et!” şüarı altında gənc könüllülər qan verib
Lənkəran, 27 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər və digər kateqoriyadan olan insanlar iştirak ediblər.
Aksiyada iştirak edənlər əvvəlcə müayinələrdən keçib, onların sağlam olub-olmamaları müəyyənləşdirilib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Bərdədə yaşayış binasında partlayış olub
Quba alması bağdan neçəyə satılır?
“Novxanı bağları” yaşayış massivində içməli su təminatı yaxşılaşacaq
Xankəndiyə daha 64 ton yanacaq göndərilib VİDEO
Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib