Ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət səviyyəsində mühüm işlər görülür
Bakı, 27 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda dövlət investisiyaları sahəsində siyasətin əsas istiqaməti daim obyektivliyə və şəffaflığa söykənib. Ölkəmizdə xalqın sosial rifahının təmin edilməsi istiqamətində bir sıra prioritet layihələr icra olunmaqla, dövlət tərəfindən ciddi investisiyalar qoyulur. Eyni zamanda, Azərbaycan dövləti təkcə investisiya yatıran tərəf qismində iştirak etmir, həm də vətəndaşların rifahı, xalqımızın sosial–iqtisadi dayanıqlığının təmin edilməsi, sosial stabilliyin əldə edilməsi üçün iqtisadi gələcəyə hesablanmış mühüm addımlar da atır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib.
T.İsmayılov vurğulayıb ki, xarici investorların Azərbaycana cəlb edilməsi məsələsi Prezident İlham Əliyevin siyasətində əsas prioritetlərdən biridir. Odur ki, dövlətimizin başçısı xarici ölkələrə mütəmadi etdiyi xarici səfərlərdə mütləq həmin ölkələrin investorları və biznes strukturlarının rəhbərləri ilə görüşür: “Bundan başqa, Azərbaycanda investisiyaların ədalətli bölgüsü və xalqın sosial rifahını təmin edən mühüm layihələrə investisiya yatırımların edilməsi Azərbaycanın iqtisadi investisiya siyasətində xalqın maraqlarını əsas tutduğunu bir daha nümayiş etdirir. Ümumiyyətlə, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət səviyyəsində mühüm işlər həyata keçirilir. Son illər ərzində ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə daxilolmalar xeyli çoxalıb. İstər vergi, gömrük tariflərində çox ciddi şəffaflıq həyata keçirilib. Nəticədə Azərbaycanın dövlət büdcəsinə yeni daxilolmalar olub”.
Dövlətimizin başçısını əhalinin güzəranının yaxşılaşdırılması üçün islahatlarla bağlı qərarlar verdiyini qeyd edən Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi qeyd edib ki, bu gün ölkədə iqtisadi təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması Azərbaycanın təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də gələcəyə yönəlmiş proqnoz xarakterli siyasət həyata keçirdiyini bir daha sübut edir.
Azərbaycan iqtisadi sahədə öz qüdrətini artırmaqla, bir çox dünya dövlətlərinə nümunə sayıla bilər.
ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu
Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib
II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı
® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir