Bərdədə keçirilən qanvermə aksiyasında 23 nəfər gənc könüllü qan verib
Bərdə, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyasına Bərdə gəncləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 27-də Mərkəzi Qan Bankının Bərdə rayon bölməsində keçirilən qanvermə aksiyasında Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançılar, gənclər iştirak ediblər. Aksiyada iştirak edənlər əvvəlcə müayinədən keçib, onların sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 23 nəfər qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var
Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO
Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur VİDEO
Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib