Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı artıb
Bakı, 27 may, Emil Məlikov, AZƏRTAC
2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı cari ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır. 2023-cü ilin ilk dörd ayının statistikasına əsasən isə Səudiyyə Ərəbistandan olan ziyarətçilər 10-cu yerdə qərarlaşıb.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
"Hədəf bazarlar sırasında Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İsrail əsas hədəf ölkələr kimi müəyyənləşdirilib. Hazırda Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir. Bu həftə Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edib".
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib