Sumqayıt gəncləri qanvermə aksiyasına qatılıblar
Sumqayıt, 27 may, AZƏRTAC
Sumqayıtlı gənclər mayın 27-də Mərkəzi Qan Bankının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi qanvermə aksiyasında iştirak ediblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sumqayıt bölməsində keçirilən aksiyaya 45 nəfər müraciət edib.
Bölmənin rəhbəri Leyla Məhərrəmova AZƏRTAC-a bildirib ki, əvvəlcə müraciət edənlərin sağlamlıq durumu qiymətləndirilib, sonra onların aksiyada iştirak etmələrinə icazə verilib.
Tədarük olunan qan nümunələri yoxlandıqdan sonra talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb
Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib
Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO