Qubada 50 nəfərdən çox donor könüllü qan verib
Quba, 27 may, Elxan Yusifli, AZƏRTAC
Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən qanvermə aksiyasında 50 nəfərdən çox donor iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
28 May - Müstəqillik Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı ilə keçirilən humanitar aksiyada Gənclər və İdman Nazirliyinin yerli qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak ediblər.
Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.
18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Aksiya Quba ilə yanaşı Bakı, Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt və Lənkəran şəhərlərində keçirilib. Ümumi olaraq bu aksiyaya öncədən qeydiyyatdan keçmiş 500 nəfərdən çox donor qoşulub.
İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var
Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO
Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur VİDEO
Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib