Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb
Bakı, 27 may, AZƏRTAC
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, hərbi institutun zabit, kursant və müəllim heyəti iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində Q.Baxşəliyevin ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Çıxış edənlər şəhid zabit haqqında xatirələrini bölüşüblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib