Propilenin sopolimerlərinin ixracı artıb
Bakı, 27 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycandan 22,6 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac olunan məhsulun dəyəri isə 29 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin müvafiq aylarında Azərbaycandan 6,6 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac edilib, həmin ixracın dəyəri 10,7 milyon dollar olub.
Azərbaycan beynəlxalq nüfuzlu texnologiya tədbirində təmsil olunub
Qlobal e-ticarət bazarlarını hədəfləyən KOB-lar üçün təlimlər keçiriləcək
“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb