Türkiyə bu ilin ilk dörd ayında 11 milyondan çox turist qəbul edib
Bakı, 27 may, AZƏRTAC
Bu ilin ilk dörd ayında Türkiyəyə gələn xarici ölkə vətəndaşlarının sayı 11 milyon 93 min 247 nəfər olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 2023-cü ilin ilk dörd ayı ərzində Türkiyəyə gələn turistlər arasında ruslar üstünlük təşkil ediblər – 1 milyon 153 min 341 nəfər.
Siyahıda ikinci yeri 966 min 336 nəfərlə Almaniya, üçüncü yeri isə 797 min 956 min nəfərlə Bolqarıstan tutur. İlk beşliyə, həmçinin İran və Böyük Britaniya daxil olub.
Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir
”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib
“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur
Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO