Kiyev Berlindən “Taurus” raketləri istəyib
Bakı, 27 may, AZƏRTAC
Ukrayna Almaniya hökumətindən atəş məsafəsi 500 kilometrə çatan “Taurus” qanadlı raketləri istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Deutsche Presse-Agentur” agentliyi Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
“Frankfurter Allgemeine Zeitung” qəzeti isə Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlinə səfəri zamanı Almaniya Kansleri Olaf Şoltsla “Taurus” raketlərinin Kiyevə tədarükü məsələsini müzakirə etdiyini yazıb.
“Taurus” qanadlı raketləri bir müddət öncə Londonun Ukraynaya verdiyi “Storm Shadow” raketlərinin analoqu sayılır. Lakin onların uçuş məsafəsi daha çoxdur.
Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib
Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir
ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər
İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb