×
A
A
A
Sazlamalar

Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib

Neftçala, 27 may, AZƏRTAC

Respublika üzrə ilk taxıl biçininə Neftçala rayonundan start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövsümün ilk taxıl biçininə ötən gündən etibarən rayonun Xəzərkənd kəndindən başlanılıb.
Fermerlər ilk gün olmağına baxmayaraq, ilkin məhsuldarlıq göstəricilərinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur. Buğda əkinlərinin sahəsi isə 7,8 faiz artıb.
Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkin aparılıb.
Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkilib. Payızlıq taxıl əkinləri ölkənin əkin balansının 60 faizə yaxınını təşkil edir.

 

 

Kənd təsərrüfatı 2023-05-27 08:47:00