Bütün ölkəni əhatə edən minimum 25 mbit/s internet sürəti ilə genişzolaqlı şəbəkə qurulacaq
Bakı, 27 may, AZƏRTAC
2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.
AZƏRTAC “Aztelekom” MMC-yə istinadla xəbər verir ki, bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.
“Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir