Bakıda havada dəm qazının miqdarı normadan 1,7 dəfə yüksək olub
Bakı, 27 may, AZƏRTAC
Gün ərzində Bakı şəhəri üzrə havada dəm qazının miqdarı normadan 1,7, dispers toz hissəciklərinin miqdarı 1,2, kükürd qazı 1,1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1,3 dəfə yüksək olub.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, müşahidə olunan toz transsərhəd xarakterlidir. Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
Bakıda seysmologiyanın inkişafı məsələləri müzakirə olunur
Türkiyəli professor: İqlim dəyişikliyi yeraltı təkanları sürətləndirə bilər
Qurban Yetirmişli: Bir neçə gün əvvəldən zəlzələ ilə bağlı proqnoz vermək mümkünsüzdür
Hasan Mandal: Təbii fəlakətlərin başvermə tezliyi daha da artacaq
İşğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq