Qubada şəhid Rəvan Əliyevin adını daşıyan küçəyə asfalt döşənir
Quba, 27 may, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi şəhidi Rəvan Əliyevin adını daşıyan küçəyə asfalt döşənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərində və rayonun bir sıra digər yaşayış məntəqələrində yolların əsaslı təmiri, yenidən qurulması və asfaltlanması işlərinin növbəti mərhələsinə aprel ayından başlanılıb. Hazırda həmin küçələrin abadlaşdırlması, genişləndirilməsi və asfalt döşənməsi işləri həyata keçirilir.
Rəvan Əliyev küçəsinin asfaltlanması işləri yaxın günlərdə başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.
Şəhid Rəvan Yusif oğlu Əliyev Ağdam, Cəbrayıl və Zəngilan rayonları istiqamətində qəhrəmanlıqla döyüşüb. Rəvan Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə “Rəvan postu” adlandırılıb.
On doqquz yaşlı döyüşçü ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib