×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyev milli birliyimizin banisidir

Füzuli, 26 may, Aydın Yavərzadə, AZƏRTAC

Kürdəmir Regional Mədəniyyət İdarəsi “Heydər Əliyev İli” çərçivəsində Füzuli rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev milli birliyimizin banisi” adlı tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, mədəniyyət müəssisələrinin, təhsil sektorunun və Gənclər evinin əməkdaşları iştirak ediblər. Tədbir Mərkəzin muzey bölümünün ekskursiya edilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Mərkəzin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Ulu Öndər Heydər Əliyev milli birliyimizin banisi” adlı videoçarx nümayiş olunub.
Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi zamanı onun uzaqgörənliyi, gərgin əməyi və qətiyyəti sayəsində Azərbaycan SSRİ-nin 1978-ci ilin aprelində qəbul edilmiş konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi tariximizdə milli həmrəyliyə, birliyə, dirçəlişə, oyanışa, azadlıq istəyinin formalaşmasına aparan yolun başlanğıcı olub.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumuruq kimi birləşərək 30 illik həsrətə son qoydu, torpaqlarımızı canı-qanı bahasına işğaldan azad edib, şanlı zəfər tariximizi yazdı. Bu Zəfər milli həmrəyliyimizi, birliyimizi, əzmimizi bir daha dünyaya sübut etdi.
Sonra Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Aliyə Mehdiyeva, Füzuli Gənclər evinin sosial xidmət müəssisəsinin direktoru Seyfəddin Maqsudov, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalisə Məmmədova, Füzuli rayon 34 nömrəli tam orta məktəbin müəllimi Ayşən Məmmədova, Mərkəzin bələdçisi İlahə Cəfərova mövzu ətrafında çıxış ediblər.

Regionlar 2023-05-26 23:50:00