×
A
A
A
Sazlamalar

Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalq və millət sevgisi xüsusi yer tutur

Biləsuvar, 26 may, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müasir Azərbaycanın tarixindən, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Azərbaycan tarixinin önəmli bir dövrü -XX əsrin ikinci yarısı - XXI əsrin başlanğıcı dahi rəhbərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin bərpası, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli çıxışında Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq, xalq və millət sevgisinin xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər bunları insan üçün mənəvi əsas hesab edirdi. Azərbaycançılıq qayəsi Heydər Əliyevin nəzəri irsinin ən yüksək amalı idi.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Regionlar 2023-05-26 23:08:00