Hindistanda tufan 12 nəfərin ölümünə səbəb olub
Pekin, 26 may, AZƏRTAC
Hindistanın qərbindəki Racastan ştatında tufan 12 nəfərin ölümünə, bir neçə sakinin itkin düşməsinə səbəb olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, mayın 25-dən başlayan tufan ştatın bir neçə rayonunda ciddi dağıntılar törədib. Ölüm halları şiddətli yağışın və güclü küləyin təsirindən evlərin və hasarların uçması nəticəsində qeydə alınıb. Ölü sayının artma ehtimalı var. Çünki təbii fəlakətin müşahidə olunduğu yaşayış məntəqələrinin hamısından məlumatlar daxil olmayıb.
Mülki müdafiə qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə cəlb olunub. Evləri yararsız hala düşənlər çadırlarda yerləşdirilib. Tufan bir neçə yaşayış məntəqəsində kommunikasiya xətlərini, elektrik naqillərini qırıb. Bəzi yollarda su və palçıq axını səbəbindən hərəkət dayandırılıb.
Meteorologiya departamentinin məlumatına əsasən, küləyin sürəti saatda 96 kilometrə çatıb. Qurum bu cür hava şəraitinin 3-4 gün davam edəcəyini proqnozlaşdırıb.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub