Zaqatalada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə tədbir görülüb
Zaqatala, 26 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Nəqliyyat vasitələrindən ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istifadə etməli olduqları həmin avtomobillərin sürücülərinin diqqətinə çatdırılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib