Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Qanunun aliliyinin təmin olunması, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər də səsləndirilib.
“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik edildi
Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dəyişiklik edildi
İki şəxsi öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs cəzalandırılıb