Salyan Dövlət Kukla Teatrı Qaxda
Qax, 26 may, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatr kollektivlərinin regionlara təşkil olunan qastrol səfərlərinin proqramına uyğun olaraq, Salyan Dövlət Kukla Teatrının kollektivi mayın 26-da Qax Dövlət Kukla Teatrında tamaşaçılara Rəvan Tohidoğlunun “Bir də etmərəm” tamaşasını təqdim edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Kukla Teatrından məlumat verilib.
Bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssamı Gülay Abasova, musiqi tərtibatçısı Elvin İsayev, rejissor köməkçisi Aynur Ağalarovadır.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib