×
A
A
A
Sazlamalar

Ombudsman təsisatı Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının tamhüquqlu üzvü seçilib

Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının (International Conference of Information Commissioners) yeni tamhüquqlu üzvü seçilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, informasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan bu təşkilat ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb. Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin olunması, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin həyata keçirilməsi, təhlillərin aparılması istiqamətlərində fəaliyyət göstərir.

Cəmiyyət 2023-05-26 19:44:00