Zaqatalada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb
Bakı, 26 may, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları həmin avtomobillərin sürücülərinin diqqətinə çatdırılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
“Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilir
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı cərimələr müəyyənləşdirilir
Məhkəmə-Hüquq Şurasının üzvləri on ildən artıq iş stajına malik olmalıdırlar
İtkin düşmüş hərbi qulluqçularla bağlı Mülki Məcəllədə yeni qaydalar müəyyənləşir