Çin şirkəti ilə iqtisadi zonalarda biznes layihələrinin həyata keçirilməsi imkanları müzakirələr edilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Çinin “V-Flo Group Group of Companies LTD” (V-FLO) şirkətinin icraçı direktoru Kinqston Venlə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkət nümayəndəsinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı olub.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, ünvanlanan suallar cavablandırılıb.
Sonda şirkət nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Polimer məmulatları zavodlarında gedən istehsal prosesləri ilə tanış olub.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir