Balkan regionunda narkotik və silah qaçaqmalçılığı şəbəkəsinə qarşı əməliyyat keçirilib
Sarayevo, 26 may, AZƏRTAC
Balkan regionunda narkotik ticarəti və silah qaçaqmalçılığı ilə məşğul olan şəbəkənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının polis xidməti “Europol”un koordinasiyası ilə keçirilən birgə əməliyyat nəticəsində 7 ölkənin - Bosniya və Herseqovina, İtaliya, Xorvatiya, Sloveniya, Niderland, Belçika və Almaniyanın təhlükəsizlik qüvvələri iştirak ediblər. Əməliyyat nəticəsində saxlanılan 37 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçilib. Həmçinin 148 min avro məbləğində pul, 15 kiloqram narkotik vasitə, 12 silah, mərmi və partlayıcı maddələr ələ keçirilib, polis geyimləri və saxta şəxsiyyət vəsiqələri aşkarlanıb.
Bosniya və Herseqovina vətəndaşı olan şəbəkənin rəhbəri İtaliyada həbsdə olunub və 4 illik müddətə azadlıqdan məhrum edilib. Onun şəbəkənin Avropadakı fəaliyyətini İtaliyadan idarə etdiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub
Türkiyə və Misir prezidentləri səfirlərin mübadiləsi barədə tapşırıq veriblər