×
A
A
A
Sazlamalar

Müdafiə naziri Gürcüstanda keçirilən hərbi paradda iştirak edib

Bakı, 26 may, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.

Ordu 2023-05-26 18:17:00