İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşlarla görüşüb
Bakı, 26 may, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini İsmayıllıda vətəndaşlarla görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak və sair məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İsmayıllı şəhərində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak və sair məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib