“Azərbaycan sənədli kino salnaməsi”: Rauf Nağıyev
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir kinorejissor, Dövlət mükafatı laureatı Rauf Nağıyevin yaradıcılığına həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rauf Nağıyevin Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında xüsusi xidmətlərinin olduğunu bildirərək, onun diplom işi olan “Fotofantaziya” qısametrajlı bədii filminin Dövlət Film Fonduna təhvil verilməsi tarixindən bəhs edib.
Sonra kinooperator Fəramiz Məmmədov çıxış edərək, Rauf Nağıyevlə birlikdə çalışdığı filmlər haqqında məlumat verib, onu sənət naminə ömrünü fəda edən sənətkar kimi xatırlayıb.
Tədbirin sonunda kinorejissor Rauf Nağıyevin 1975-ci ildə çəkdiyi “Maestro Niyazi” filmi tamaşaçılar üçün təqdim olunub.
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib