×
A
A
A
Sazlamalar

Yunanıstan Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlıq regionumuzun inkişafına və sabitliyinə töhfə verəcək

Bakı, 26 may, AZƏRTAC

Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yunanıstan Prezidenti Katerina Sakellaropulun Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Dövlətimizin başçısına Müstəqillik Günü münasibətilə yunan xalqı və öz adından səmimi təbriklərini çatdıran, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayan Katerina Sakellaropulu məktubunda vurğulayıb: “Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm”.

 

Siyasət 2023-05-26 17:48:00