×
A
A
A
Sazlamalar

Yaşıl enerji sahəsində “Masdar” şirkəti ilə birgə reallaşdırılan layihələr müzakirə olunub

Bakı, 26 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin Baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurlu inkişafı, yaşıl enerji sahəsində Masdar şirkəti ilə birgə reallaşdırılan mühüm layihələr və energetika sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

İqtisadiyyat 2023-05-26 17:41:00