SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in yeni ofisi açılıb
Bakı, 26 may, AZƏRTAC
SOCAR-ın müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər. Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan şərait barədə məlumat verilib.
Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə təqdimatlar edilib və müzakirələr aparılıb.
Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir